BAKI, 29 dekabr. TELEQRAF

İndoneziyanın Manado şəhərindəki qocalar evində baş verən yanğın nəticəsində 16 nəfər ölüb, 20-dən çox şəxs müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Teleqraf xəbər verir ki, polis hadisənin səbəblərini araşdırır.

Ölənlərin sayının artacağı ehtimal edilir.