BAKI, 2 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın Fransa Prezidenti Emmanuel Makron barədə səsləndirdiyi fikirlər Fransanın ictimai-siyasi dairələrində ciddi narazılıq yaradıb.
Teleqraf xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb.
Hətta əvvəllər Emmanuel Makronu kəskin tənqid edənlər belə, onun müdafiəsinə qalxıblar.
Solçu “Nizamsız Fransa” partiyasının nümayəndəsi Manuel Bompard deyibb:
“Makronla razılaşmaya bilərəm, amma Trampın onun və həyat yoldaşı (Bricit Makron) haqda danışıq tərzi tamamilə qəbuledilməzdir”.
Fransa Milli Assambleyasının sədri Yael Braun-Pivet də ABŞ Prezidentinin ifadələrini sərt tənqid edərək onları “tənqiddən aşağı sözlər” adlandırıb.
Donald Trampın Fransada qalmaqala səbəb olan sözləri belədir:
“Fransaya, Makrona zəng etdim. Həyat yoldaşının ona çox pis davrandığı Makrona... Hələ də çənəsinə dəyən zərbənin təsirindən çıxmağa çalışır”.