KƏLBƏCƏR, 2 aprel. TELEQRAF

Kəlbəcərə köçən 27 ailəyə mənzillərin açarları təqdim edilib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Kəlbəcərə mənzil başına çatan 27 ailəyə sahib olduqları mənzillərin açarları təqdim edilib.

Qeyd edək ki, bu köç də nəzərə alınmaqla 162 ailə Kəlbəcərdə daimi yaşayışı bərpa olunub.

***

15:02

Kəlbəcər şəhərinə yola salınan 27 ailə mənzil başına çatıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu gün səhər saatlarında Tərtər rayonundan yola salınan 27 ailə Kəlbəcər şəhərinə çatıb.

Daha sonra mənzil başına çatan ailələrə sahib olduqları mənzillərin açarları təqdim ediləcək.

***

11:27

TƏRTƏR, 2 aprel. TELEQRAF

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Qayıdış proqramına uyğun olaraq Kəlbəcər şəhərinə 27 ailədən 113 nəfər Tərtər şəhər Bayraq meydanından Kəlbəcər şəhərinə yola salınıb.

Kəlbəcərə yola salınan ailələr bu günə kimi Gəncə, Bərdə, Bakı, Samux, Yevlax Abşeron,Şabran və Goranboy rayonlarında yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu köç prosesi də nəzərə alınmaqla Kəlbəcərə ümumilikdə 162 ailə 681 nəfər öz doğma yurduna qayıdıb.