BAKI, 2 aprel. TELEQRAF
“KTMT-yə qayıtmaq baxımından hansısa dəyişiklik gözləmək qeyri-realdır”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan jurnalistlərə verdiyi açıqlamada bildirib.
“Daim bu məqam üzərində dayanmamalıyıq, Rusiya ilə münasibətlərin böyük gündəliyi və potensialı var.
İrəliyə baxmalıyıq, bəli, bu məsələlərdə hər kəsin öz həqiqəti var, amma düşünürəm ki, biz artıq məsələləri kifayət qədər ölçüb-biçmişik, müəyyən nəticələrə gəlmişik və nəticələrimizi hörmət atmosferində bir-birimizlə bölüşmüşük”, - o vurğulayıb.