BAKI, 2 aprel. TELEQRAF
“Bəziləri Hörmüz boğazını güc yolu ilə açmağı düşünür, amma bu, qeyri-realdır”.
Teleqraf xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampın məsələ ilə əlaqədar fikirlərini şərh edərkən deyib.
Fransa lideri İrana qarşı müharibənin nüvə məsələsinə daimi həll təmin etməyəcəyini də bildirib.
Makron bu baxımdan İranla diplomatik-texniki danışıqlar üçün platforma yaratmağa çağırıb, onun sözlərinə görə, bu olmadan vəziyyət yenidən pisləşə bilər.
Fransa Prezidenti həmçinin İranın nüvə obyektlərinə nəzarətin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) himayəsi altında bərpa olunmasına çağırıb.