BAKI, 2 aprel. TELEQRAF

2026-cı ilin fevralında banklar və qeyri-bank kredit təşkilatları üzrə ev təsərrüfatlarına cəmi kredit qoyuluşu 19 milyard 197 milyon manat təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın hesabatında qeyd olunub.

Bu istiqamətdə yanvar ilə müqayisədə 0.43%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 11,72% artım olub. 2026-cı il fevralın 1-nə kredit portfelinin 60%-i ev təsərrüfatlarının payına düşüb.