BAKI, 11 dekabr. TELEQRAF

İsrail Knessetinin spikeri Amir Ohana və ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson dünyadakı parlament rəhbərlərini ABŞ Prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini dəstəkləməyə çağırıblar.

Teleqraf xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat verib.

Təşəbbüs Vaşinqtonda keçirilən görüşdən sonra açıqlanıb. Ohana və Conson bəyan ediblər ki, Trampın 2025-ci ildə sülhün təşviqində oynadığı rol onu mükafata əsas namizədlərdən birinə çevirir. Onların sözlərinə görə, Tramp illərdir beynəlxalq dialoqun güclənməsinə töhfə verib və qlobal səviyyədə liderlik nümunəsi göstərib.

Birgə bəyanatda vurğulanır ki, 2025-ci ildə sülhə Trampdan daha çox töhfə verən heç kim olmayıb və onun fəaliyyətinin Nobel namizədliyi üçün kifayət qədər əsas yaratdığı bildirilir.