BAKI, 8 dekabr. TELEQRAF
Böyük Britaniya Ukraynanın döyüş qabiliyyətini bərpa etməsi üçün əlavə vaxt əldə etməyə çalışır.
Teleqraf xəbər verir ki, bu barədə "The National Interest" yazır.
Nəşrin məlumatına görə, London və Avropa ölkələri Ukraynada daimi sülhün yaranmasını istəmirlər.
“Britaniya və Avropa hesab edir ki, növbəti bir neçə ili Ukraynanın hərbi imkanlarını bərpa etməyə sərf edə biləcəklər və bundan sonra Rusiya ilə döyüş əməliyyatlarını yenidən başlaya bilərlər”, - məqalədə bildirilir.
Qeyd olunur ki, Britaniyanın belə yanaşması Qərbin uzunmüddətli strategiyasını göstərir.