BAKI, 6 dekabr. TELEQRAF

İndoneziyada baş verən güclü daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 1 317 nəfərə yüksəlib.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakətlərin Qarşısının Alınması üzrə Milli Agentliyi (BNPB) məlumat yayıb.

Məlumata görə, təbii fəlakətlərdən ümumilikdə 4,9 mindən çox sakin zərər çəkib, 588 nəfər isə hələ də itkin düşmüş sayılır.

Agentlik bildirir ki, Qərbi Yava əyalətinin Subanq bölgəsində leysan yağışların yaratdığı daşqın nəticəsində təxminən 861 ev su altında qalıb. Bir neçə rayonda yolların çökməsi və su altında qalması yardımın çatdırılmasını çətinləşdirib.