BAKI, 3 dekabr. TELEQRAF
Ukrayna Ali Radası "Regional və ya Azlıqların Dilləri üçün Avropa Xartiyası"na uyğun dəyişikliklər nəzərdə tutan qanunu ikinci və yekun oxunuşda qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə qanunun qəbul edilməsi parlamentin telemarafon yayımında nümayiş olunub.
Sənədə əsasən, ölkədə xüsusi müdafiə rejiminə daxil olan dillərin siyahısı yenilənib. Siyahıdan rus dili çıxarılıb.
Həmçinin “yəhudi dili” ifadəsi ivrit ilə əvəzlənib, dillər siyahısına çex dili əlavə olunub.