BAKI, 29 noyabr. TELEQRAF

Ukrayna Prezident Administrasiyasının (PA) rəhbəri Andrey Yermakın istefası Ukrayna lideri Volodimir Zelenskinin yaxın çevrəsi ilə ölkənin antikorrupsiya qurumları arasında gərgin münasibətlərin mövcudluğunu üzə çıxarıb.

Teleqraf xəbər verir ki, bunu "Bloomberg" agentliyi yazır.

Məlumata görə, ölkədə baş verən korrupsiya qalmaqalı təkcə iki nazirin istefası ilə nəticələnməyib, eyni zamanda Zelenskiyə qarşı ictimai narazılıq dalğasına səbəb olub.

Agentlik xatırladır ki, Zelenski 2019-cu ildə korrupsiyanı kökündən ləğv edəcəyinə söz vermişdi.

Bloomberg qeyd edir ki, son hadisələr həm xarici müttəfiqləri, həm də ölkə daxilindəki rəqibləri Zelenskinin bu vədi nə dərəcədə ciddi şəkildə yerinə yetirdiyi sualı üzərində düşünməyə vadar edib.