BAKI, 2 aprel. TELEQRAF

Cennaro Qattuzo İtaliya millisinin baş məşqçi postundan ayrılacaq.

Teleqraf “Sky Sport”a istinadən xəbər verir ki, bu qərar komandanın 2026-cı il dünya çempionatına vəsiqə qazana bilməməsindən sonra verilib.
İtaliya millisi pley-off mərhələsinin finalında Bosniya və Herseqovinaya uduzub (1:1, penaltilər – 1:4).

Onun əvəzinə əsas namizədlər kimi “Napoli”dən Antonio Konte və “Milan”dan Massimiliano Alleqrinin adı çəkilir.

Qeyd edək ki, Qattuzo ötən ilin yayında İtaliya millisinin baş məşqçi postuna təyin olunaraq Luçano Spallettini əvəzləmişdi.