BAKI, 2 aprel. TELEQRAF
"Martın 31-də Türkiyə milli komandası Kosovo üzərində qazandığı qələbə (1-0) nəticəsində 24 il sonra yenidən futbol üzrə dünya çempionatına (ABŞ, Meksika və Kanadada təşkil ediləcək) vəsiqə qazandı. Bu möhtəşəm qələbə hər birimiz üçün xüsusi sevinc mənbəyinə çevrildi".
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın Baş naziri Əli Əsədov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin hökumət başçılarının ikinci iclasında bildirib.
"Bu tarixi hadisə münasibətilə qardaş Türkiyəni ürəkdən təbrik edirik.
Eyni zamanda, Özbəkistanın da tarixində ilk dəfə olaraq dünya çempionatına yüksəlməsi xüsusi qürur və sevinc doğurur. Bu tarixi nailiyyətə qardaş Özbəkistan hələ ötən ilin iyun ayında imza atıb. Hər iki uğur bütövlükdə türk dünyasının zəfəri kimi qiymətləndirilə bilər. Bu qələbələr türk xalqlarının bütün sahələrdə yüksəlişini aydın şəkildə əks etdirir", - deyə Baş nazir vurğulayıb.