BAKI, 2 aprel. TELEQRAF
“Birləşmiş Ştatlar Ukraynadakı müharibəyə qarışmamalı, Kiyevə dəstək üçün böyük məbləğdə vəsait xərcləməməli idi”.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
Tramp sələfi Co Baydenin bu siyasətini sərt tənqid edərək bildirib ki, ABŞ heç bir fayda əldə etmədən yüz milyardlarla dollar xərcləyib.
“Milyardlar xərcləyirik. Ukraynaya qarışmamalı idik. Ukrayna buradan minlərlə kilometr uzaqdadır, okeanın o tayındadır. Bizim bir prezidentimiz vardı, sadəcə axmaq idi, onlara 350 milyard dollar verdi, əvəzində heç nə almadı”, - ABŞ Prezidenti vurğulayıb.
Trampın sözlərinə görə, ABŞ-nin silah ehtiyatlarının böyük hissəsi Ukraynaya verilib, bu da ölkəni sursat istehsalını artırmağa məcbur edib. Bununla yanaşı, o vurğulayıb ki, onun administrasiyası yanaşmanı dəyişib, indi silahları kommersiya əsasında tədarük edir.
“Mən sursatları onlara satıram. Bunun pulunu Avropa İttifaqı ödəyir”, - Tramp əlavə edib.