BAKI, 2 aprel. TELEQRAF
“ABŞ-nin iqtisadi gücü bizim böyük hərbi gücümüzün əsasını təşkil edir”.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent Prezident Donald Trampın “Epik Qəzəb” Əməliyyatı ilə bağlı Amerika xalqını müraciətini şərh edərkən deyib.
“İqtisadi təhlükəsizlik milli təhlükəsizlikdir, Prezident Tramp bu münaqişədə hər ikisindən istifadə edərək gələcək nəsillərin təhlükəsizliyini və rifahını təmin edir”, - nazir bildirib.
Bessent Trampın fikrini təkrarlayaraq, Amerikanın bu müharibədəki strateji məqsədlərini tam reallaşmaq üzrə olduğunu qeyd edib: “İranın dünyaya təhdidinə son qoymaq üzrəyik”.