BAKI, 17 noyabr. TELEQRAF
Gürcüstanda qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 hərbi - nəqliyyat təyyarəsinin uçuş məlumatlarının registratorunun nəzərdən keçirilməsi iki ay çəkə bilər.
Teleqraf xəbər verir ki, bunu Türkiyə müdafiə naziri Yaşar Gülər bildirib.
“Qutuların şifrəsinin açılması və ilk nəticələrin əldə edilməsi prosesi ən azı iki ay çəkəcək”, - müdafiə naziri bildirib.
Qeyd edək ki, noyabrın 11-də Türkiyəyə məxsus hərbi təyyarə Gürcüstanın Azərbaycanla dövlət sərhədindən təxminən 5 kilometr aralıda qəzaya uğrayıb. Təyyarə Azərbaycandan Türkiyəyə uçurdu.
Təyyarənin göyərtəsində olan 20 hərbçi qəza nəticəsində həlak olub.