BAKI, 16 noyabr. TELEQRAF
"Gürcüstanda təyyarə qəzasında 20 hərbçimiz şəhid olub. "Qara qutu"nun araşdırılması nəticəsində bu faciənin səbəbini daha aydın görə biləcəyik".
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.
"Qəza yerinə qısa zamanda çatdıq. Şəhidlərimizin əziz xatirəsini yaşadacağıq. Qardaş ölkələr başda olmaqla, dünyanın hər yerindən həmrəylik mesajları aldıq. Gürcüstan və Azərbaycan bütün imkanlarını səfərbər etdi, axtarış-xilasetmə komandalarının çatdırılması, dağıntıların tapılması və qəza yerinin təhlükəsizliyinin təmin olunmasında əməkdaşlıq göstərdilər", - deyə Ərdoğan əlavə edib.