BAKI, 16 noyabr. TELEQRAF

Tehran artıq Aİ3 ölkələri ( Böyük Britaniya , Almaniya və Fransa ) ilə İranın nüvə proqramı ilə bağlı məsələləri müzakirə etmək niyyətində deyil.

Teleqraf xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə bildirib.

Onun sözlərinə görə, bu qərar Aİ3-ün BMT Təhlükəsizlik Şurasının anti-İran sanksiyalarının bərpasını nəzərdə tutan qərarına dəstəyindən sonra qəbul edilib .

Sentyabrın 19-da BMT Təhlükəsizlik Şurası İrana qarşı sanksiyaların aradan qaldırılması müddətinin uzadılmasına dair qətnaməni rədd edib.

ABŞ, Fransa, Böyük Britaniya, Yunanıstan, Danimarka, Somai, Panama və Sloveniya nümayəndələri qətnamə layihəsinə qarşı çıxıblar. Rusiya, Çin , Pakistan və Əlcəzair sanksiyaların ləğvini dəstəkləyib.

Sentyabrın 28-də Aİ xarici işlər naziri Kaja Kallas Aİ-nin İrana qarşı sanksiyaları bərpa etməyə başlayacağını açıqlayıb.