BAKI, 1 aprel. TELEQRAF

“Belarus müharibə istəmir, amma hazırlaşır”.

Teleqraf xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Silahlı Qüvvələrə genişmiqyaslı yoxlanışdan sonra deyib.

“Sülh dövrü deyil, müharibəyə hazırlaşırıq. Silahlı Qüvvələri də elə buna görə yaratmışıq və qoruyub saxlayırıq, xalq da bizə və sizə dəstək üçün pul ödəyir. Amma hamı anlamalıdır ki, biz tamamilə müharibəyə qarşıyıq. Çünki müharibə nə demək olduğunu bilirik. Müharibə istəmirik, amma ordu elə buna görə var. Əgər kimsə bizimlə başqa cür danışmaq istəsə, cavab verəcəyik. O ana hazırlaşırıq”, - o qeyd edib.