BAKI, 16 oktyabr. TELEQRAF

Suriyanın müdafiə naziri Murhaf Əbu Qəsrə Dəməşqdə Rusiya müdafiə nazirinin müavini, general Yunus-Bek Yevkurovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Teleqraf xəbər verir ki, görüş zamanı hərbi əməkdaşlıq və ümumi maraqlara xidmət edən məsələlər müzakirə olunub.

Qeyd edək ki, Rusiya, Amerika və Türkiyə hərbi qurumlarının rəhbər nümatəndələri təhlükəsizlik məsələlərini müzakirə etmək üçün Dəməşqə səfər ediblər.