BAKI, 1 aprel. TELEQRAF
“Şevardnadze dövründə işıq yox idi, çünki onun energetika nazirləri rusiyalı oliqarx Anatoli Çubaysla birlikdə “Enquri” SES-in elektrik enerjisini gizli şəkildə Türkiyəyə satırdılar”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili deyib.
“Mən prezident olandan sonra Anatoli Çubays mənimlə görüşdü, eyni sxemin davam etdirilməsini təklif etdi. Cavabım aydın idi. Bundan sonra Çubays məni açıq şəkildə “rusofob” adlandırdı.
Kaxa Kaladze isə energetika naziri olduğu dövrdə və bu gün isə mer kimi fırıldaqçı Makatsariya ilə birlikdə ruslarla pul qazanma sxemlərini yenidən bərpa etdi.
Bidzina İvanişvilinin bitkoin fəaliyyəti də elektrik enerjisinin qiymətinin kəskin artmasının səbəblərindən biridir. Onlar vəzifədən gedən kimi elektrik enerjisi yenidən ucuzlaşacaq”, - sabiq prezident bildirib.