BAKI, 16 noyabr. TELEQRAF

Çin Mədəniyyət və Turizm Nazirliyi çinli turistləri təhlükəsizlik təhdidləri səbəbindən yaxın gələcəkdə Yaponiyaya səyahət etməməyə çağırıb.

Teleqraf xəbər verir ki, fövqəladə hallarda Çin vətəndaşlarına Çinin Yaponiyadakı səfirliyi və ya konsulluğu ilə əlaqə saxlamaları tövsiyə olunub.

Çin Xarici İşlər Nazirliyinin noyabrın 14-də Yaponiyadakı Çin vətəndaşları üçün təhlükəsizlik vəziyyətinin pisləşməkdə davam etdiyini bildirən xəbərdarlığına istinad edib.

Noyabrın 14-də Çin Müdafiə Nazirliyinin sözçüsü Jiang Bin deyib ki, Yaponiya Tayvan ətrafındakı vəziyyətlə bağlı hərbi güc tətbiq etmək qərarına gəlsə, sarsıdıcı məğlubiyyətə uğrayacaq.