BAKI, 16 noyabr. TELEQRAF

Venesuela Prezidenti Nikolas Maduro Karakasda keçirilən mitinqdə Con Lennonun "İmagine" mahnısını ifa edib.

Teleqraf xəbər verir ki, bu barədə "Primicias Venesuela" məlumat yayıb.

Madur sülh naminə birləşməyin zəruriliyindən danışarkən Lennonun mahnısından sitat gətirib: “Hər şeyi sülh naminə edin...”

Bu zaman mitinq iştirakçıları barmaqları ilə “sülh” işarəsi tutaraq Maduroya dəstək olublar.

Maduro çıxışı zamanı "Bəsdir sonsuz müharibələr. Yetər ədalətsiz müharibələr. Yetər Liviya. Yetər Əfqanıstan" - deyə, qeyd edib.

Noyabrın 14-də mənbələr Trampın Venesuelaya qarşı növbəti addımlarla bağlı “ qərar verdiyini” iddia ediblər.

Pentaqonun rəhbəri Pet.Hegset narko-terrorçulara qarşı əməliyyatların davam etdiyini açıqlayıb. O qeyd edib ki, əməliyyat “Cənub nizəsi” adlanır. Nikolas Maduro dəfələrlə Donald Trampı vəziyyəti sülh yolu ilə həll etməyə və Amerika xalqını Venesuela xalqı ilə birləşməyə çağırıb.