BAKI, 3 mart. TELEQRAF

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Dubayda ABŞ hərbçilərinin toplandığı məkanlardan birinə edilən hücum nəticəsində 40-dan çox amerikalının öldüyünü iddia edib.

Teleqraf xəbər verir ki, bu barədə SEPAH bəyanat yayıb.

Bildirilib ki, Hərbi Dəniz Qüvvələrinin döyüş bölmələri tərəfindən həyata keçirilən kombinə edilmiş pilotsuz uçuş aparatı və raket hücumu nəticəsində 40-dan çox ABŞ hərbçisi həlak olub, 70-dən çox şəxs isə yaralanıb.

Xatırladaq ki, ABŞ-nin Mərkəzi Komandanlığı bundan əvvəl İrana qarşı əməliyyat zamanı ümumilikdə altı amerikalı hərbçinin həlak olduğunu açıqlamışdı.