BAKI, 3 mart. TELEQRAF

İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2025-ci il üzrə məruzəsi dinlənilir.

Teleqraf xəbər verir ki, Milli Məclsin bugünkü iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2025-ci ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi dinlənilir.

Məruzəni Ombudsman Səbinə Əliyeva təqdim edir.

Qeyd edək ki, Ombudsmanın Azərbaycan Respublikasında insan hüquqlarının qorunması haqqında 2025-ci il üzrə məruzəsi fevralın 24-də Azərbaycan Respublikasının Prezidentinə təqdim edilib və müvafiq dövlət qurumlarına göndərilib.