BAKI, 3 mart. TELEQRAF
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən ABŞ səfirliyinin ərazisində partlayışdan sonra yanğın baş verib.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Agentlik hadisənin səbəbi, mümkün zərər və ya xəsarət alanlar barədə məlumat təqdim etməyib.
Bundan əvvəl “France-Presse” agentliyi şahidlərə istinadən Ər-Riyadın diplomatik məhəlləsində iki güclü partlayışın baş verdiyini bildirmişdi.