BAKI, 3 mart. TELEQRAF
Qazaxıstanın Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərindəki 467 vətəndaşı Oman vasitəsilə təxliyə ediləcək.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan xarici işlər nazirinin müavini Əlibek Bakayev bildirib.
Diplomat qeyd edib ki, hava nəqliyyatının məhdud olması səbəbindən Birləşmiş Ərəb Əmirlikləri və Qətərdəki Qazaxıstan vətəndaşları iki qonşu ölkənin ərazisi vasitəsilə təxliyə ediləcək.