BAKI, 3 mart. TELEQRAF

İsrail Livanda yeni hərbi kampaniyaya başlamasına baxmayaraq, ölkənin şimalındakı yaşayış məntəqələrinin evakuasiya edilməyəcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə İsrail ordusunun Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir şimal sərhədində vəziyyətlə bağlı keçirilən müşavirədə bildirib.

Onun sözlərinə görə, sərhədyanı qəsəbələrin təhlükəsizliyi İsrail hərbçilərinin Livan ərazisində həyata keçirdiyi əməliyyatlarla təmin olunacaq.

“İsrail Müdafiə Qüvvələri ön xəttdə yerləşən yaşayış məntəqələrini qoruyur və təhdidlərin aradan qaldırılması üçün zərbələr endirir. Yerli əhalinin müdafiəsi bizim ən yüksək prioritetimizdir. İsrail torpaqlarında yeni evakuasiya olmayacaq”, - deyə Zamir vurğulayıb.