BAKI, 3 mart. TELEQRAF

“Sabahın alimləri” müsabiqəsinə 760 layihə təqdim edilib.

Teleqraf xəbər verir ki, bu sözləri müsabiqənin açılış mərasimində Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev deyib.

Onun sözlərinə görə, layihələr əsasən riyaziyyat və kompüter elmləri daxil olmaqla 9 istiqamət üzrə həyata keçirilir.

F.Qarayev bildirib ki, şagirdlərdə elmə marağın artırılması əsas prioritetlərdəndir və bu layihə çərçivəsində ümumi təhsil ilə ali təhsil arasında əlaqənin qurulması artıq öz bəhrəsini verir.

"Son iki ildə bu layihə çərçivəsində Azərbaycanda qalib olan şagirdlər beynəlxalq müsabiqələrdən uğurla geri qayıdırlar".

bu layihə çərçivəsində ümumi təhsil ilə ali təhsil arasında əlaqənin qurulması artıq öz bəhrəsini verir.