Almaniya kansleri Fridrix Merz gənc ukraynalıları vətənlərində qalaraq döyüşməyə çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə siyasətçinin Berlin Konqresindəki çıxışına istinadən "Die Welt" qəzeti məlumat yayıb.
Merzin sözlərinə görə, Volodimir Zelenski ilə telefon danışığı zamanı o, Ukrayna liderindən bu məsələyə diqqət yetirməyi xahiş edib.
Merz çıxışında “Gənclər vətənə xidmət etməlidir” deyə bildirib.
Eyni zamanda, kansler Almaniya hökumətinin ukraynalı qaçqınların müəyyən qruplarını mülki müavinət almaq hüququndan məhrum etmək niyyətini təsdiqləyib.