BAKI, 1 aprel. TELEQRAF
2026-cı ilin yanvar-fevral ayları üzrə Azərbaycanda sığorta şirkətləri arasında ən çox sığorta ödənişi aparan “Paşa Həyat Sığorta” ASC olub.
Teleqraf Mərkəzi Banka istinadən xəbər verir ki, şirkət hesabat dövründə 86 milyon 53 min manat ödəniş edib.
Şirkətlərin apardığı sığorta ödənişlərinin rekinqində “Paşa Sığorta” ASC (24 milyon 777 min manat) ,“Atəşgah Həyat" Sığorta Şirkəti ASC (12 milyon 483 min manat) üçüncü olub. Siyahıda bu şirkətləri “Atəşgah" Sığorta Şirkəti ASC (7 milyon 479 min manat) “Qala Sığorta” ASC (4 milyon 326 min manat) izləyib.
Qeyd edək ki, ötən ay sığorta şirkətləri ümumilikdə 148 milyon 800 min manat sığorta ödənişi ediblər. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu sahədə 37.02% artım qeydə alınıb.