BAKI, 1 aprel. TELEQRAF

Özbəkistan və Çin Mərkəzi Asiya ölkələri üçün birgə elektron ticarət logistika mərkəzinin yaradılmasını müzakirə ediblər.

Teleqraf xəbər verir ki, bu barədə "UzAirports"un mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, "UzAirports" və "Harvest Epoch" şirkətlərinin nümayəndələri layihənin icra mərhələlərini, o cümlədən texniki-iqtisadi əsaslandırmanın hazırlanması, infrastruktur tələbləri və logistik prosesləri nəzərdən keçiriblər.

Yeni qovşaq Özbəkistanın regional aviasiya və logistika mərkəzi kimi mövqeyini gücləndirəcək.