BAKI, 1 aprel. TELEQRAF
Qırğızıstanın Milli Təhlükəsizlik Komitəsi enerji sektorunda korrupsiyaya qarşı mübarizə çərçivəsində “Kambar-Ata-1” su elektrik stansiyası layihəsinin hazırlıq mərhələsində qanun pozuntularının aşkarlandığını açıqlayıb.
Teleqraf xəbər verir ki, istintaq və əməliyyat tədbirlərindən sonra Joqorku Keneşin keçmiş deputat Kunduzbek Süleymanov və podratçı təşkilatların rəhbərləri saxlanılaraq Milli Təhlükəsizlik Komitəsinin müvəqqəti saxlama təcridxanasına yerləşdiriliblər.
İstintaqa görə, Kunduzbek Süleymanov deputat olarkən özəl şirkətə himayədarlıq edərək, pul müqabilində onun maraqları üçün lobbiçilik edib.
Komitə istintaqın davam etdiyini bildirib. Qurum saxlanılanların digər hadisələrdə, eləcə də korrupsiya sxemlərində iştirak edə biləcək digər vəzifəli şəxslərin dairəsində mümkün iştirakını araşdırırlar.