BAKI, 1 aprel. TELEQRAF
2026-cı ilin yanvar-fevral ayları üzrə Azərbaycanda sığorta şirkətləri arasında ən çox sığorta haqqı toplayan şirkət “Paşa Həyat Sığorta" ASC olub.
Teleqraf Mərkəzi Banka istinadən xəbər verir ki, şirkət hesabat dövründə 100 milyon 681 min manat məbləğində sığorta haqqı toplayıb.
İkinci yerdə 99 milyon 559 min manatla “Paşa Sığorta” ASC qərarlaşıb. Şirkəti 17 milyon 427 min manatla “Atəşgah Həyat" ASC izləyib.
Renkinqdə “Aqrar Sığorta” ASC şirkəti 9 milyon 722 min manatla dördüncü, “Qala Sığorta” ASC isə 8 milyon 553 min manatla beşinci olub.
Ümumilikdə, ötən ay ölkədə fəaliyyət göstərən bütün sığorta şirkətləri tərəfindən 277 milyon 562 min manat məbləğində sığorta haqqı toplanıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu 1,3% azalma deməkdir.