BAKI, 1 aprel. TELEQRAF
“İyunun 7-də keçiriləcək parlament seçkilərindən əvvəl Ermənistan dövlətçiliyini zəiflətməyə yönəlmiş hibrid müharibə aparılır”.
Teleqraf xəbər verir ki, bunu erməni hüquqşünas Artaşes Xalatyan deyib.
Ekspert baş verənlərə görə Ermənistan daxilindəki rusiyayönlü siyasi qüvvələri ittiham edib: “Bunun üçün onlara pul ödənilir”.
Araşes Xalatyan həmçinin əmindir ki, radikal müxalifət qüvvələrinin əsl məqsədi “Tramp Marşrutu” layihəsinin ləğvinə nail olmaqdır:
“Onlar reallığı saxtalaşdırırlar, “Tramp Marşrutu”nu ləğv etmək, dönməz şəkildə Rusiyanın tabeçiliyinə qayıtmaq və ölkəni Moskvaya təslim etmək istəyirlər”.
Ekspertin fikrincə, qarşıdan gələn parlament seçkiləri Ermənistanın müstəqilliyi və onun ləğvi ilə bağlı olacaq.