BAKI, 1 aprel. TELEQRAF

Korrupsiyada şübhəli bilinən Qırğızıstan Joqorku Keneşinin keçmiş deputatı Şairbek Taşiyev saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Saxlanılma “Qırğızmunayqaz” ASC-də korrupsiya ilə bağlı cinayət işi çərçivəsində həyata keçirilib.

Martın 14-də Şairbek Taşiyev könüllü olaraq deputat mandatından istefa verib. Qırğızıstan Mərkəzi Seçki Komissiyası onun deputat səlahiyyətlərini vaxtından əvvəl ləğv edib.

Xatırladaq ki, Şairbek Taşiyev fevralın 10-da vəzifəsindən uzaqlaşdırılan Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin keçmiş rəisi Kamçıbek Taşiyevin qardaşıdır.