BAKI, 1 aprel. TELEQRAF
İraqın Ərbil-Mosul magistral yolu yaxınlığında yerləşən "Castrol" şirkətinə məxsus neft anbarlarında güclü yanğın qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə "Shafaq News" məlumat yayıb.
Məlumata görə, insident pilotsuz uçuş aparatının (PUA) anbar ərazisinə düşməsi nəticəsində baş verib. Zərbə nəticəsində yaranan yanğın böyük miqdarda neft məhsullarını və logistik materialları məhv edib.
Hazırda mülki müdafiə qrupları alovun söndürülməsi istiqamətində işləri davam etdirir. Hadisə nəticəsində xəsarət alanlar barədə hələlik məlumat yoxdur.