BAKI, 1 aprel. TELEQRAF
Hörmüz boğazında ticarətin dayanması, təklifin azalması və risklərin artması reaktiv yanacağın qiyməti ikiqat artıb.
Teleqraf xəbər verir ki, "S&P Global Energy"nin məlumatlarina görə, Yaxın Şərqdən Şimal-Qərb Avropaya gündəlik 177.000 barel reaktiv yanacaq tədarük olunur, 31.000 barel Cənubi Avropa və Şərqi Aralıq dənizinə, 100.000 barel Afrikaya və 17.000 barel Asiyaya ixrac edilir. Bu miqdardan 34.000 barel reaktiv yanacaq Süveyş kanalından keçərək Qırmızı dənizə, əsasən Misirə çatır.
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) məlumatlarına görə, Avropanın reaktiv yanacaq tələbatının təxminən 30%-i Fars körfəzindən tədarük edilir. Avropada reaktiv yanacaq təchizatı təhlükəsizliyi bir aylıq tələbata bərabər olan kommersiya ehtiyatlarından asılıdır. Digər tərəfdən, Hindistan və Çin kimi potensial alıcılar da daxili bazarlarında təchizat məhdudiyyətləri ilə üzləşirlər. Hörmüz boğazından keçən xam neftin 80%-dən çoxu Asiya bazarlarına çatır. Hazırkı vəziyyətlə əlaqədar uzun marşrutlar da xərcləri çoxaldıb və çatdırılma müddətini uzadıb.
Qlobal reaktiv yanacaq indeksinin dəyəri 27 fevralda barrel üçün 99,4 dollardan 27 mart tarixinə 195,2 dollara yüksəlbi ki, bu da 95,2% artım deməkdir. Reaktiv yanacağın 1 tonu 1541 dollara yüksəlib. "S&P Global Energy"nin məlumatlarına görə, Şimal-Qərbi Avropa reaktiv yanacağının maya dəyəri, sığorta və yük daşınması daxil olmaqla 27 fevralda 873,2 dollardan 27 martda 1704,5 dollara qədər artıb.
Təyyarə yanacağı aviaşirkətlər üçün ən böyük xərc mənbələrindəndir. Qiymətlərin kəskin artması aviabiletlərin dəyərinə təsir göstərir.
"United Airlines" şirkətinin baş direktoru Skott Kirbi ötən həftə bildirib ki, şirkətin artan təyyarə yanacağı xərclərini ödəmək üçün aviabiletlərin qiymətini 20 faiz artırması lazımdır.