BAKI, 1 aprel. TELEQRAF

İrəvanın Müqəddəs Anna kilsəsində baş verən hadisədə iştirak edən qardaşlardan biri Davit Minasyan məhkəmənin qərarı ilə 2 ay müddətinə həbs cəzasına məhkum edilib.

Teleqraf xəbər verir ki, o, martın 29-da Ermənistan Baş naziri Nikol Paşinyanı vurmağa cəhd etdikdən sonra saxlanılıb.

Davitin digər əkiz qardaş Mikael Minasyan girov müqabilində qətimkan tədbiri olaraq ev dustaqlığına buraxılıb.

Eyni qətimkan tədbiri digər saxlanılan Gevorq Gevorqyan barəsində də tətbiq edilib.