BAKI, 31 mart. TELEQRAF
Fələstinin HƏMAS hərəkatının rəhbərliyi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Qəzza zolağında sülhün təmin edilməsi səylərinə görə minnətdarlıqlarını bildiriblər.
Teleqraf xəbər verir ki, bu barədə hərəkatın Siyasi Büro üzvü Xəlil əl-Həyya Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalınla Ankarada keçirilən görüşdən sonra jurnalistlərə açıqlamasında məlumat bildirib.
Danışıqlar zamanı Qəzzadakı vəziyyət, o cümlədən İsrailin davam edən hücumları və Fələstin anklavındakı humanitar böhran müzakirə edilib. Türkiyə kəşfiyyatının rəhbəri İsrailin ABŞ prezidenti Donald Trampın Qəzza sülh planı çərçivəsində öhdəliklərini yerinə yetirməsinin vacibliyini bildirib.
HƏMAS nümayəndə heyətini daha öncə Türkiyənin xarici işlər naziri Hakan Fidan da qəbul edib. Görüşün təfərrüatı açıqlanmayıb.