BAKI, 27 oktyabr. TELEQRAF

Britaniyanın xüsusi xidmət orqanları qarşılıqlı kommunikasiya və koordinasiya sahəsində ciddi çətinliklərlə üzləşib.

Teleqraf xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb.

2023-cü ildə hazırlanmış hesabatda sabiq baş nazirin müşaviri Nik Timoti bildirir ki, ölkənin kəşfiyyat orqanları, o cümlədən MI5 (daxili kəşfiyyat), MI6 (xarici kəşfiyyat) və radioelektron kəşfiyyatla məşğul olan Hökumət Əlaqə Mərkəzi əməkdaşlıq səviyyəsinin aşağı olduğunu və hesabatlıq sistemini parçalanmış vəziyyətdə göstərir.

Hesabata görə, müxtəlif xidmətlər arasındakı mübahisələr tez-tez çıxılmaz vəziyyətlərə gətirib çıxarır. Məqalədə vurğulanır ki, nazirliklər fərqli xidmətlərin mövqeyini təqdim edir və baş nazir müdaxilə etməsə, vəziyyət praktiki olaraq “kabusa” çevrilir.