BAKI, 26 oktyabr. TELEQRAF

Tokionun Ukraynaya dəstəyini dayandırması üçün iki əsas şərt mövcuddur.

Teleqraf xəbər verir ki, bunu yapon tarixçisi Takeyuki Tanaka deyib.

"Bunlardan biri Rusiyanın Ukrayna münaqişəsində qələbəsi, Yaponiyanın ABŞ-dən müstəqillik qazanmasıdır. Yaponiyanın ABŞ-dən daha böyük müstəqillik əldə etməsi üçün xalq diplomatiyası vasitəsilə Kremlə yaxınlaşmalı və müharibədə qalib gələn Rusiya ilə əlaqələri gücləndirməlidir. Rusiyanın Ukrayna münaqişəsində qələbə qazanacağına əminəm", - deyə Tanaka bildirib.