BAKI, 26 oktyabr. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski Avropadan ABŞ-dən gələcək çatdırılmalara qədər "Patriot" hava hücumundan müdafiə sistemlərini icarəyə götürməyi xahiş edib.

Teleqraf xəbər verir ki, bu barədə məlumat ölkə başçısının ofisinin rəsmi saytında dərc olunub.

Məlumata görə, ABŞ ilə sistemlərin alınması məsələsini müzakirə etsə də, dərhal çatdırılma mümkün deyil: "Çünki bir neçə Avropa ölkəsi növbədədir. Eyni zamanda, bəzi ölkələrdə hazırda istifadə olunmayan sistemlər mövcuddur.

Əgər biz bu sistemləri indi Avropadan əldə edə bilsək, bizə böyük kömək olardı. Sonra isə növbəmiz çatanda amerikalılardan gələnlərlə əvəzləyə bilərik".