BAKI, 25 oktyabr. TELEQRAF

Misir həlak olan israilli girovların cəsədlərinin axtarışına kömək etmək üçün Qəzza zolağına xüsusi qrup göndərəcək.

Teleqraf xəbər verir ki, bu barədə Misirin "Əl-Qahirə əl-İxbariyyə" telekanalı məlumat yayıb.

Onun mənbələrinə görə, bu iş üçün lazım olan avadanlıqlar da anklava göndəriləcək. Əlavə təfərrüatlar hələlik verilməyib.