BAKI, 18 oktyabr. TELEQRAF

Qəzza şəhərinin kənarında İsrail ordusunun avtomobilə endirdiyi hava zərbəsi nəticəsində azı 11 nəfər həyatını itirib.

Teleqraf xəbər verir ki, bu barədə Fələstin HƏMAS hərəkatına yaxın "Quds" portalı məlumat yayıb.

Məlumata görə, həlak olanların hamısı eyni ailənin üzvləridir, onların arasında yeddi uşaq və üç qadın olub. Zərbə avtomobilin şəhərin cənub-şərqinə hərəkət etdiyi vaxt endirilib.

İsrail ordusu hadisə ilə bağlı hələ ki, rəsmi açıqlama verməyib.