BAKI, 8 oktyabr. TELEQRAF

Azərbaycanda çətin identifikasiya olunan nümunələr üzərində mürəkkəb genetik ekspertizalar həyata keçirilir.

Teleqraf xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidməti Hərbi-tibb baş idarəsinin rəisi, general-mayor Rüfət Əliyev “İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans”ın ikinci günü keçirilən panel sessiyada deyib.

O bildirib ki, genetik araşdırmalar mərkəzinin potensialının məhkəmə-tibbi ekspertiza və ədalət mühakiməsi prosesinə inteqrasiyası əsas hədəflərdən biridir:

“Bu istiqamətdə işlər Baş Prokurorluğun və digər hüquq-mühafizə orqanlarının qərarları əsasında həyata keçirilir”.

Rüfət Əliyev əlavə edib ki, mərkəz aparıcı universitetlər və elmi-tədqiqat institutları ilə əməkdaşlığı genişləndirir, genetika və epigenetika da daxil olmaqla müxtəlif istiqamətlərdə birgə elmi araşdırmalar aparır.