BAKI, 8 oktyabr. TELEQRAF

“Ermənistan itkin düşmüş şəxslərin axtarışı və onların taleyinin aydınlaşdırılmasında Azərbaycanla əməkdaşlığa hazırdır”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

O qeyd edib ki, iki ölkənin komissiyaları məsələ üzrə daha sıx əməkdaşlıq edə bilər.

“Əməkdaşlıq edə, məsələni çözə və bu səhifəni də bağlaya bilərik”, - Paşinyan əlavə edib.