BAKI, 7 oktyabr. TELEQRAF
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhəddə təhlükəsizliyin gücləndirilməsi məqsədilə ordu bölmələrinin yerləşdirilməsini planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə Litvanın daxili işlər naziri Martynas Katelinas sosial hesabında bildirib.
“Müdafiə naziri Robertas Kaunasa müraciət edərək silahlı qüvvələrin Kalininqrad vilayəti ilə sərhədi qorumaqda sərhədçilərə kömək etmək üçün yerləşdirilməsini xahiş etdim”, - deyə Katelinas qeyd edib.