BAKI, 7 oktyabr. TELEQRAF
"Mənim Nobel Sülh Mükafatına layiq görülməməyim Norveç Nobel Komitəsi üçün böyük nüfuz itkisi olacaq".
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
Tramp Nobel mükafatına layiq olduğunu düşündüyü nailiyyətlərini sadalayaraq bildirib: “Mükafatı alıb-almamağımdan asılı olmayaraq, mən daha çox iş görmüşəm. Əgər məni qiymətləndirməsələr, düşünürəm ki, bu, onlar üçün böyük nüfuz itkisi olar”.
Prezident, həmçinin 2025-ci il laureatı, Venesuela müxalifət lideri Mariya Korina Maçadonun öz mükafatını ona təqdim etdiyini xatırladıb.
2026-cı il Nobel Sülh Mükafatının qalibi oktyabrın 9-da Osloda açıqlanacaq.