BAKI, 8 oktyabr. TELEQRAF

Fransada dərinləşən maliyyə problemləri bütün Avropa İttifaqını əhatə edən ciddi iqtisadi böhrana səbəb ola bilər.

Teleqraf xəbər verir ki, bu barədə CNN iqtisadçıların qiymətləndirmələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, Fransada genişlənən etiraz aksiyaları ölkənin maliyyə sistemində mövcud problemləri daha da üzə çıxarıb.

“Bu vəziyyət potensial olaraq bütün regionda ciddi böhrana gətirib çıxara bilər”, – ekspertlər xəbərdarlıq ediblər.

Qeyd olunur ki, Fransada məktəb təhsilinin vəziyyətindən narazı olan gənclərin kütləvi etirazları Qərb mediasının diqqət mərkəzindədir.

Ölkənin müxtəlif bölgələrində baş verən iğtişaşlar nəticəsində yüzlərlə yeniyetmə və polis əməkdaşının, eləcə də onlarla müəllimin xəsarət aldığı bildirilir.